AZ

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan şəxsi xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə OXU24.COM -a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Seçilən
2
14
oxu24.com

10Mənbələr