AZ

Unikal nəticə: Messinin uğurunu təkrarladı

“Liverpul”un vingeri Məhəmməd Salah Lionel Messinin uğurunu təkrarlayıb.

Publika.az xəbər verir ki, Salah 2014/15 mövsümündən bəri Avropanın ən yaxşı beş liqasından birində 10 fərqli matçda qol vuran və məhsuldar ötürmə edən ilk oyunçu olub.

Bu barədə “Opta” məlumat yayıb.

Fevralın 19-da “Villa Park” stadionunda İngiltərə çempionatının 26-cı turunun “Aston Villa” – “Liverpul” matçı keçirilib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb, Salah bir qol vurub, həm də məhsuldar ötürmə edib. Beləliklə, bu görüş onun Premyer Liqanın cari mövsümündə qol və ötürmə ilə yadda qaldığı 10-cu matçı olub. Messinin 2014/2015 La Liqa mövsümündə 11 belə oyunu olub.

Seçilən
15
1
publika.az

2Mənbələr