AZ

Pentaqon mülki işçilərini ixtisar etməyi planlaşdırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mülki işçilərini ixtisar etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, Pentaqonun Personal Məsələləri və Döyüş Hazırlığı üzrə müşaviri Darin Selnik bu tədbirlər çərçivəsində qurumda gözlənilən ixtisarlarla bağlı açıqlama verib.

Selnik qeyd edib ki, Pentaqonda təxminən 950 min mülki işçi var: “Səmərəliliyi artırmaq və qüvvələrimizi döyüş hazırlığına yenidən yönəltmək üçün 5-8 faiz işçi işdən çıxarılacaq. Bu da 5 min 400 işçi deməkdir".

Adının açıqlanmasını istəməyən Pentaqon rəsmiləri “CNN”ə bildiriblər ki, onlar son bir həftə ərzində kibertəhlükəsizlik, kəşfiyyat, xarici hərbi əməliyyatlar kimi kritik milli təhlükəsizlik rollarında çalışanlar da daxil olmaqla işdən azad edilməli olan fərdi işçilərin siyahılarını tərtib etməyə çalışırlar.

Seçilən
18
publika.az

1Mənbələr