
“Ulusum”.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad etdiyini açıqlayıb.Ağ Evin rəhbəri bu vəzifədə də daxil olmaqla, ölkə qarşısında 40 ildən artıq xidmətinə görə ona təşəkkür edib. O, Braunu "gözəl centlmen" və "görkəmli lider" adlandırıb. Bundan əlavə, Amerika lideri generala və ailəsinə “böyük gələcək” arzulayıb.O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den “Razin” Keynin bu vəzifəyə namizədliyini irəli sürdüyünü bildirib. İndi onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.Səidə
Diqqət Çəkənlər
Rusiyaya qarşı sanksiyalar ləğv olunurmu?
Qubada zəlzələ olub
XİN: "Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib"