Fransa mətbuatı ABŞ prezidenti Donald Trampın Qələbə Gününü qeyd etmək üçün Rusiyaya səfər etməyi planlaşdırdığını yazıb.
Referans.az xəbər verir ki, bu barədə “Le Point” jurnalı öz mənbələrinə istinadla Trampın planlaşdırılan səfəri barədə məlumat yayıb.
“Mənbələrimizə görə, mayın 9-da Moskva tribunalarında mühüm qonaq – Vladimir Putinin yanında Donald Tramp olmalıdır”, – nəşr yazır.
Nəşr Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova sorğu göndərsə də, hələ ki, cavab almayıb.
Nəşr yazıb ki, Kreml əvvəllər yubiley Qələbə Paradında dost olmayan ölkələrin başçılarının iştirakını istisna etmişdi.
Xatırladaq ki, fevralın 12-də ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Kreml danışıqlar faktını təsdiqləyib və Putinin Trampı Moskvaya dəvət etdiyini bildirib./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta