İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib.
Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Qəhrəman Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Terror hədəflərini effektiv şəkildə vurmağa davam edəcəyik", - məlumatda qeyd olunub.
Görüntüləri təqdim edirik: