AZ

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarını anmaq üçün Haçadağa yürüş ETDİ

Fevralın 22-də Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar olaraq Türkiyədən gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.

Viral.az APA-ya istinadən xəbər verir ki, günün erkən vaxtı Naxçıvan şəhərindən adıçəkilən təbiət abidəsinə doğru hərəkət edən 34 yürüş iştirakçısı saat 07:00-da Culfa rayonu Gal kəndi ərazisindən başlayaraq zirvəyə doğru hərəkət ediblər.

Hava şəraitinin yaratdığı çətinliklərə və risklər nəzərə alınmaqla yürüş iştirakçıları mümkün yüksəkliyə qədər irəliləyiblər.

Son Yazılar:

Ənənəvi ekstrimal yürüşdə Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin Dövlət Himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib.

Seçilən
31
6
viral.az

7Mənbələr