AZ

Bülbülə gölü çirkabdan təmizlənir

Bakıda yeni bulvar salınacaq. Bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb. Bildirilib ki, uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad və göz oxşayan istirahət məkanına çevriləcək.

Xatırladaq ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2,50-2,80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Artıq gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün ətrafda minlik magistral xətt çəkilib. 

Bakı Abadlıq Xidmətinin məlumatına əsasən, Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Yeni bulvarda restoran və kafelərin fəaliyyət göstərməsi, dairəvi velosiped yolunun çəkilməsi nəzərdə tutulub. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq, katamaran işləyəcək. Layihəyə əsasən Bülbülə gölünün üzərindən körpü də salınacaq. 

Qeyd edək ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və ətraf ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.

 

Seçilən
1
2
xalqqazeti.az

10Mənbələr