Xızı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildirilib ki, rayonun Tıxlı kəndində “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.