AZ

Rusiya kəşfiyyatına çalışan erməni iş adamı evində ölü tapıldı — FOTOLAR

“La Sarkis” restoranının erməni sahibi Roman Zakaryanın meyidi Moldovanın paytaxtı Kişinyovdakı evində güllələnmiş halda tapılıb.

Demokrat.az “PulsMedia” portalına istinadla xəbər verir ki,  hadisə fevralın 21-də saat 18:10 radələrində Roman Zakaryanın paytaxt Kişinyovun Primara Karl Şmidt küçəsində yerləşən evində baş verib.

Məlumata görə, 42 yaşlı erməni iş adamını qan içərisində yerdə həyat yoldaşı tapıb və polisə məlumat verib.

Onun həyat yoldaşı ilə mübahisə etdikdən sonra başına odlu silahla atəş açaraq intihar etdiyi ehtimal edilir.

Həmçinin, Roman Zakaryanın adı Rusiya xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə, Ukrayna və Moldovada rusmeyilli qüvvələrə maliyyə ötürməkdə hallanır.





Leyla Turan
Demokrat.az
Seçilən
6
demokrat.az

1Mənbələr