AZ

Pakistanın Baş naziri Azərbaycana gəlir


Pakistanın Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycana 2 günlük dövlət səfərinə gəlir.
AzPost bildirir ki, bu xəbəri Pakistanın “tribune.com.pk” saytı yayıb.
Xəbərdə deyilir ki, bu, onun 2024-cü ilin martında vəzifəyə başladıqdan sonra Azərbaycana ikinci səfəridir. Onu Pakistanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə sadiqliyini əks etdirən əsas kabinet üzvləri ilə yanaşı, baş nazirin müavini və xarici işlər naziri İshaq Darın da daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək.
Səfər zamanı hər iki tərəf enerji, ticarət, müdafiə, təhsil və iqlim sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. İkitərəfli əməkdaşlığı gücləndirmək üçün bir sıra sazişlərin və memorandumların imzalanması gözlənilir.
Baş nazirin Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinində (AZPROMO) təşkil olunan Biznes Forumda çıxışı da planlaşdırılır. Bundan əlavə, prezident İlham Əliyevlə yanaşı, o, işğaldan azad edilmiş Qarabağ ərazilərinə xüsusi tur çərçivəsində Füzuliyə də səfər edəcək.
Səfərin məqsədi iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın yeni yollarını araşdırmaq və Pakistanın Azərbaycana sarsılmaz dəstəyini bir daha təsdiqləməkdir.

Seçilən
9
nuh.az

1Mənbələr