Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum dünyanın ən hündür göydələnindən paraşütlə tullanıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, nazir həmin anın videogörüntülərini İnstaqram səhifəsində yayımlayıb.
Videoda vəliəhdin 15 ölkədən 31 digər idmançı ilə birlikdə Bürc Xəlifə göydələninin 139-cu mərtəbəsindən tullanması əks olunub.
Video artıq 5 milyona yaxın baxış toplayıb.