Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür və svetoforlar daim nəzarətdə saxlanılır.