AZ

Azərbaycanlı gimnastdan Dünya kubokunda uğurlu start

Fevralın 20-23-də Almaniyanın Kotbus şəhərində keçirilən İdman gimnastikası üzrə Dünya kuboku ilk mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan komandası üçün uğurlu olub.

Millimizin üzvü Nikita Simonov gümüş medal qazanıb. Gimnastımız finalda halqalar üzrə proqramda 2-ci yeri tutub.

Qeyd edək ki, Dünya kubokunun növbəti mərhələsi martın 6-9-da Bakıda olacaq.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr