AZ

"Nürnberq" Mahirin adını "qara siyahı"ya salandan sonra… VİDEO

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli növbəti dəfə "Nürnberq"in heyətindən kənarda qalıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Almaniya 2-ci Bundesliqasının 23-cü turunda "Herta" ilə görüşün sifariş ərizəsinə daxil edilməyib.

Berlində keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Ardıcıl 3 oyunda qələbə seriyası qırılan "Nürnberq" xalını 35-ə yüksəldib. Mahirin komandası 8-ci pillədə qərarlaşıb.

Cənubi Koreyadan transfer təklifi alan Mahirin adı ötən turda da sifariş ərizəsinə daxil edilməmişdi.

Seçilən
20
sportinfo.az

1Mənbələr