AZ

VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib

Bakı. Trend:

VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək SəudiyyəƏrəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.

Trend xəbər verir ki, bubarədə İslam İdman Oyunları Assosiasiyası məlumat yayıb. İdmantədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsada, qərara sonradan dəyişiklik edilib.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Məkkəşəhərində, 2009-cu ildə Tehranda, 2013-cü ildə Balinbanqda, 2017-ciildə Bakıda və 2023-cü ildə Konyada keçirilib.

Mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə təşkil edilənyarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37bürünc) birinci olub. Türkiyə ikinci (195 medal), İran üçüncü (98medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isəbeşinci yerdə qərarlaşıb.

Seçilən
24
10
az.trend.az

10Mənbələr