Xəbər verildiyi kimi, gənc şair Həsən Kür intihara cəhd edib.
Bakıvaxtı.az-ın məlumatına görə, o özünü Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılan Həsən Kür reanimasiyaya yerləşdirilib. Məlumata görə, Həsən Kür maddi problemlərə görə canına qəsd edib.
Qeyd edək ki, Həsən Kür Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub. O, Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Həsən Kürün dayısı Abbas Həsənov Birinci Qarabağ müharibəsinin şəhididir.