AZ

İtaliyada dəmir yolu işçiləri tətil edir

İtaliyanın “FS Italiane” milli dövlət dəmir yolu holdinqinin “FS Group”, “Trenitalia”, “Trenitalia Tper” və “Trenord” şirkətlərinin işçiləri 24 saatlıq milli tətil edirlər.

Publika.az xəbər verir ki, həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri fevralın 22-də axşam saat 21:00-dan bazar günü saat 21:00-dək tətil edəcək.

Tətil ölkə üzrə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatar reysləri ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.

Seçilən
33
10
publika.az

10Mənbələr