Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə 4-cü yerdəki “Turan Tovuz” 8-ci pillədəki “Şamaxı”nın qonağı olacaq. Görüş saat 14:30-da başlayacaq.
Bu komandalar arasında 1-ci dövrənin oyunu 2:2 hesabı ilə bitib. 2-ci dövrənin matçında isə “Turan Tovuz” 3:2 hesabı ilə qalib gəlib.
Bu günün digər oyununda “Zirə” “Kəpəz”i qəbul edəcək.
Misli Premyer Liqası, 24-cü tur
23 fevral (bazar)
14:30.“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu