Fevralın 24-də London Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacaq.
Viral.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
“Sabah müharibə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacağam” deyə Lemmi bildirib.
Son Yazılar:
- Rusiyaya qarşı ən böyük sanksiyalar paketini açıqlayacağam
- Ağsuda aşan “Land Rover” tamamilə YANDI
- Roma papasının vəziyyəti yenidən PİSLƏŞDİ
Böyük Britaniyanın xarici işlər naziri həmçinin “davamlı, ədalətli sülhə” nail olmaq üçün ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.
Fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının üçüncü ildönümündə Avropa Birliyi də 16-cı sanksiyalar paketini təqdim edəcək. Digər şeylərlə yanaşı, məhdudiyyətlər alüminium və neftin ixracına şamil olunacaq.