AZ

ABŞ Meksikadan Çindən gələn mallara rüsum tətbiq etməyi tələb edir

Vaşinqton administrasiyası Meksikadan Çindən gətirilən mallara idxal rüsumlarının tətbiqini tələb edib.

Day.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin ticarət naziri Hovard Lutnik bu təklifi fevralın 20-də Vaşinqtonda Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla görüşü zamanı irəli sürüb.

 

Görüşdən sonra Ebrard məsələ ilə bağlı konstruktiv dialoqun başlandığını bildirib.

Qeyd edək ki, fevralın 1-də Donald Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb.

Seçilən
1
2
day.az

4Mənbələr