Bakı. Trend:
Ağdam rayonunda xəstə çağırışına gedən təcili tibbi yardımavtomobili qəzaya düşüb.
Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə səhər saatlarında rayonunAlıbəyli qəsəbəsində baş verib.
İlkin məlumata görə, yolun buzlu olması səbəbindən təcili yardımmaşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolkənarındakı hasara basdırılmış dirəyə çırpılıb.
Qəza nəticəsində tibbi heyət üzvləri xəsarət almasa da,avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.