AZ

Bakının qarı təmizlənir - FOTO

Artıq bir neçə gündür ki, paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları  gücləndirilmiş iş rejimində çalışırlar. 

Avtosfer.az xəbər verir ki, gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikalarıəsas avtomobil yollarına və magistrallara, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam edəcəkdir.

Eyni zamanda səhər sattlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən  metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir.Qarın ən çox düşdüyüərazilər xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, bu işlərin daha rahat və operativ həyata keçirilməsi üçün paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb. Ümumilikdə bu işlərə 100-dən çox xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.

  • Bakının
  • Bakının
  • Bakının
  • Bakının
  • Bakının
  • Bakının

 

Seçilən
0
24
avtosfer.az

8Mənbələr