Ağsu dolaylarında minik avtomobili yanıb.
Hadisə ötən gecə saatlarında baş verib.
Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.
Beləki, Zaqatala rayon Aşağıtala kənd sakini 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus “Land Rover” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb, daha sonra isə alışaraq tamamilə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.