AZ

Azərbaycan Dəmir Yolları QSC qarlı-şaxtalı hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini davam etdirir - FOTO

Azərbaycan Dəmir Yolları QSC tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirləri gücləndirilib.

Azərbaycan Dəmir Yolları QSC-dən Day.Az-a bildirilib ki, ölkə üzrə dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, həmçinin xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz işlər görülür. Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması məqsədilə platformalarda təhlükəsizlik nişanları qoyulub.

 

Şirkət nümayəndələri qeyd edib ki, hər bir sərnişinin təhlükəsizliyi çox önəmlidir və hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Seçilən
5
12
day.az

10Mənbələr