Yazını böyüt
Yazını kiçilt
"Bakı Metropoliteni" QSC qarlı və soyuq havalarda rahat və təhlükəsiz səfərlər üçün sərnişinlərə metrodan istifadəni tövsiyə edir.
QSC-dən hafta.az-a verilən məlumata görə, Bakıda qeyri-sabit hava şəraiti davam edir. Gecədən yağan qar yollarda bəzi çətinliklər yaratsa da, metro stansiyalarının girişlərində təhlükəsiz hərəkət tam təmin olunub.
Stansiyaların girişi mütəmadi olaraq qardan təmizlənir, sürüşmələrə qarşı pilləkənlərə duz və qum səpilir.
Əlverişsiz hava şəraitində metroya üz tutan sərnişinləri vaxtında mənzil başına çatdırmaq məqsədilə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışır.