AZ

Azərbaycanda yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - AÇIQLAMA

Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.

“Bakuinfo” APA-ya istinadən xəbər verir ki, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.

Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.

Onlara tibbi yardım göstərilir.

***

Zəhərlənənlərin siyahısı aşağıdakı kimidir:

Qasımov Raul Səbuhi oğlu (2018-ci il təvəllüd)

Qasımova Şəlalə Sultan qızı (1960-cı il təvəllüd)

Hüseyinova Məhbubə Fəqan qızı (1993-cü il təvəllüd)

Hüseyinova Gülnaz Nəzər qızı (1965-ci təvəllüd)

Cabbarov Elcan Şamo oğlu (2010-ci təvəllüd)

Hüseyinova Əsmər Əfqan qızı (1986-cı təvəllüd)

Qasımova Samirə Qabil qızı (1989-cu təvəllüd)

Hüseyinova Nəzakət Tapdıq qızı (1978-ci təvəllüd)

Qəmbərova Yasəmən Ədalət qızı (1987-ci təvəllüd)

***

TƏBİB zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, 23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub:

“Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”.

Seçilən
41
3
bakuinfo.net

10Mənbələr