Fevralın 23-də Günəşdə güclü (M sinifli) partlayış baş verib.
AzPost xəbər verir ki, bu barədə “TASS” Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.
“Fevralın 23-də Moskva vaxtı ilə saat 05:13-də (Bakı vaxtı ilə 06:13) 4001 (N25W82) günəş ləkələri qrupunda rentgen diapazonunda 23 dəqiqə davam edən M4.9 partlayışı qeydə alınıb”, – məlumatda deyilir.
Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.(Publika.az)