Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə 4-cü yerdəki "Turan Tovuz" 8-ci pillədəki "Şamaxı"nın qonağıdır. Görüş saat 14:30-da başlayıb.
Bu komandalar arasında 1-ci dövrənin oyunu 2:2 hesabı ilə bitib. 2-ci dövrənin matçında isə "Turan Tovuz" 3:2 hesabı ilə qalib gəlib.
Bu günün digər oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək.
Misli Premyer Liqası, 24-cü tur
23 fevral (bazar)
14:30.“Şamaxı” – “Turan Tovuz” - 0:0 (Birinci hissə)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
Şamaxı şəhər stadionu
17:00. “Zirə”– “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu
21 fevral (cümə)
19:00. “Neftçi” - “Sumqayıt” - 1:0
22 fevral (şənbə)
“Araz-Naxçıvan” - “Səbail” - 0:0
“Qarabağ” - “Sabah” - 1:1
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Cesse Sekidika ("Sabah") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol