AZ

Cəlilabad-Yardımlı yolu BAĞLANDI

Güclü qar nəticəsində 72 kilometrlik Cəlilabad-Yardımlı yolunda hərəkət bir neçə gündür ki, kifayət qədər məhdudlaşıb. Cəlilabad-Yardımlı istiqamətində olan kəndlərdə qarın hündürlüyü 40 sm-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu yola bağlı rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Yerli sakinlərin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb. Cəlilabad rayon icra hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyevin verdiyi məlumata görə, 3 gündür aramsız yağan qarın hərəkət çətinliyi yaratdığı yolda qar təmizləyən texnika və işçi qüvvəsi səhər saatlarından başlayaraq yolun açılmasını həyata keçirirlər.

Seçilən
37
9
demokrat.az

10Mənbələr