AZ

DYP-dən sürücülərə xəbərdarlıq: Bunlar mütləqdir...

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Baş Dövlət Yol Polisindən Milli.Az-a bildirilib ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin qış tələblərinə uyğunluğu mütəmadi olaraq yoxlanılır.

"Məqsəd sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Texniki baxımdan yararsız avtomobillər hərəkətdən kənarlaşdırılır ki, bu da yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir.

Sürücülərə avtomobillərinin qış şəraitinə hazır olduğuna əmin olmaları tövsiyə edilir. Xüsusilə qış təkərlərinin, əyləc sisteminin və işıqlandırma vasitələrinin saz vəziyyətdə olması mütləqdir", - məlumatda qeyd olunub.

Milli.Az

Seçilən
27
3
milli.az

6Mənbələr