AZ

İsrail bu bölgəyə tanklar göndərdi: 20 il sonra ilk dəfə...

İsrail Müdafiə Qüvvələri Cenin bölgəsinə zirehli diviziya yerləşdirərək İordan çayının qərb sahilinin şimalında antiterror əməliyyatını gücləndirir.

Publika.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, 2002-ci ildə keçirilən “Qoruyucu qalxan” əməliyyatından sonra ilk dəfədir zirehli texnika bölgəyə yerləşdirilir.

"Nahal" briqadası və "Duvdevan" xüsusi təyinatlıları Cenin yaxınlığındakı kəndlərdə fəaliyyətə başlayıb. Zirehli diviziya isə şəhərin özündə hücum əməliyyatlarına start verib.

Ordu da Tulkarmda fəallığını davam etdirir.

İsrailin müdafiə naziri İsrael Katz 40 minə yaxın fələstinlinin Cenin, Tulkarm və Nur Şəmsdəki qaçqın düşərgələrini tərk etdiyini və hazırda orada "mülki vətəndaşların" olmadığını bildirib. O, qoşunlara ən azı bir il əhalinin geri qayıtmasına qadağa qoyaraq, bu zonalarda uzunmüddətli qalmaq üçün hazırlaşmağı əmr edib.

Seçilən
39
19
publika.az

10Mənbələr