Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
“Ölkə.az” xəbər verir ki, Cəlilabad rayon sakini Azər Cəlilov Donetsk istiqamətində döyüşdə həlak olub. 1977-ci il təvəllüdlü, iki uşaq atası olan Azər Moskva şəhərində işləyirmiş. Mərhumun nəşi artıq vətənə gətirilib və bu gün rayon qəbiristanlığında torpağa tapşırılıb.(Qafqazinfo)