Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Avtosfer.az xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” “Şamaxı”nın qonağıdır.
Görüş saat 14:30-da başlayıb.
Qeyd edək ki, bir neçə saat öncə “Turan Tovuz” oyunla bağlı Peşəkar Futbol Liqasına meraciət edib. Müraciətdə bildirilmişdi ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələr var.