Hava şəraiti qəzalara səbəb oldu - FOTO+YENİLƏNİB
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti, körpünün üzəri, Qara Qarayev prospekti və “Koroğlu” m/s istiqamətində yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub. Bakupost.az. xəbər verir ki, bu haqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Sürücülərdən hərəkət zamanı diqqətli olmaları xahiş olunur. *** Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb. Bu haqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbaut katibi Ömər Xıdırov açıqlama yayıb. O bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür. 1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb; 2. Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb; 3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yol hər iki istiqamətdə sıxlıq var; 4. Nərimanov rayonu, Ziya Bünyadoov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” m/st istiqamətində sıxlıq var.



