Bakı. Trend:
Gözlənilən performansı göstərə bilməyən Dembo Darbonun"Neftçi"də qalmayacağı gözlənilir.
Trend-inməlumatına görə, paytaxt təmsilçisi, Bassala Sambunun gəlişindənsonra Darbonun komandadan ayrılmasını planlaşdırır.
Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü il avqustun 28-də"Neftçi"yə transfer olub və onun Bakı klubu ilə müqaviləsi 2026-cıil iyunun 30-na qədərdir.
Qambiya millisinin hücumçusu, karyerası ərzində "Şkupi","Şaxtyor" (Soliqorsk), "Əl-Nəsr", "Astana" və "Ordabası"klublarında çıxış edib.