Yolların sürüşkən olması səbəbindən paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib.
Referans.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda yolların sürüşkən olması ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin çətinləşdiyini bildirib.
Mərkəzdən verilən məlumata görə, sürücülərə "Mümkün qədər avtomobillə yola çıxmayın!" çağırışı edilib.