AZ

Bakıda yanğın olub – Video

Binəqədi rayonunda yataqxanada yanğın olub.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Hadisə Ağasadıq Gəraybəyli küçəsində qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.


Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.


Mənzillər və bina yanğından mühafizə olunub.


Seçilən
26
26
referans.az

10Mənbələr