AZ

"Qarabağ"ın gənc qapıçısı əcnəbi klubda baxışda olub

style='margin-bottom:10px;'>

"Qarabağ"ın qapıçısı Sadiq Məmmədzadə karyerasını Serbiyada davam etdirə bilər.

QOL.az fanat.az saytına xəbər verir ki, o, sosial şəbəkə hesabında "Belqrad" klubunda baxışda olduğunu açıqlayıb.

"Qarabağ"ın icazəsi ilə baxışa yollanan 18 yaşlı Sadiqi bəyənən serblər ona yayadək U-19-da çıxış etməyi, ardından əsas komandada rəqabət aparmağı təklif ediblər. 

Məsələ ilə bağlı "Qarabağ"ın sözçüsü Anar Hacıyev deyib:

"Sadiq klubun icazəsi ilə baxışda olub. Sözügedən klub onu bəyənib. Transferdən danışsaq, bu, yayda baş verə bilər. Hazırda transfer pəncərəsi bağlıdır".

Seçilən
0
5
teleqraf.com

8Mənbələr