AZ

Mançini derbi haqda nələr dedi?

Dünya futbolunun önəmli mütəxəssislərindən olan, İtaliya yığması ilə Avropa çempionluğunu yaşayan Roberto Mançini qarşıdan gələn ''Qalatasaray'' - ''Fənərbaxça'' derbisi və Türkiyəyə qayıtmaq ehtimalı ilə bağlı ''Sabah'' nəşrinə açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, təcrübəli italiyalı çalışdırıcı 2013/14 mövsümündə ''Qalatasaray''da işləyib. Mançinini dinləyək:

''İki komandanın da heyətində önəmli isimlər var. Amma derbinin həlledici oyunçuları Osimhen ilə Ceko olacaq. İkisi də liderdi və önəmli karyeraya malikdilər. Okan Burukun Mourinyo ilə müqayisədə təcrübəsi azdı. Mourinyo həm futbolu, həm də belə matçların ab-havasını gözəl bilir. Çünki buna bənzər yüzlərlə oyunda məşqçilik edib. Digər tərəfdən Okan Buruk son iki mövsümdə çempion olub və Türkiyənin ən yaxşı gənc məşqçisidi. Türkiyədə çalışdığım dönəmlə bağlı gözəl xatirələrim var. Türk xalqını sevirəm. İstanbul möhtəşəm şəhərdi. Açığı, İstanbul üçün darıxmışam. Bir gün Türkiyəyə dönməyim mümkündümü? Hər şey ola bilər. ''Qalatasaray''da gözəl günlərim keçdi, əla dostlar qazandım. Türkiyə mətbəxi də İtaliya mətbəxi kimi ləzzətlidi. Amma sizin şirniyyatlarınız bizimkindən daha dadlıdı. ''Qalatasaray''la ''Fənərbaxça'' arasındakı oyun hər zaman özəldi. Karyeramboyu bu cür həyəcan yaradan çox az derbi görmüşəm. Bütün Türkiyə bu oyuna köklənir və ölkədə sanki həyat durur. Oyunçuların simasından onların nə qədər həyəcanlı olduğu hiss edilir. ''Fənərbaxça'' xal baxımından geridədi və qalib gəlmək üçün hər şey edəcək. Hücumameyilli oynayacaqlar. ''Qalatasaray'' fanatlarının hər zamankı kimi möhtəşəm atmosfer yaradacaqlarını düşünürəm''.

ƏLİ
Seçilən
29
football-plus.az

1Mənbələr