AZ

"Bybit" oğurluğa görə 140 mln. dollarlıq mükafat ayırdı

Dünyanın ticarət həcminə görə ikinci ən böyük kriptovalyuta birjası olan "Bybit", tarixdəki ən böyük kriptovalyuta oğurluğunu araşdırmaq üçün böyük mükafat ayırıb.  

Azreform.info Valyuta.Az-a istinadla xəbər verir ki, birja, oğurlanmış vəsaitlərin geri qaytarılmasına kömək edən kibertəhlükəsizlik mütəxəssisləri və blokçeyn analitiklərinə bərpa edilən məbləğin 10%-ni – potensial olaraq 140 milyon dollara qədər mükafat vəd edir.  

Bu mükafat 1,4 milyard dollardan çox dəyərə malik "Ethereum"un (ETH) bərpası ilə bağlıdır. "Hadisədən 24 saat keçməmiş biz sənayenin ən yaxşı insan və təşkilatlarının dəstəyini hiss etdik və bunu qiymətləndiririk. Kriptovalyuta tarixinin qaranlıq bir anını paylaşsaq da, biz zərərli aktorlardan üstün olduğumuzu sübut etdik", – deyə "Bybit"in həmtəsisçisi və baş icraçı direktoru Ben Çjou bildirib.  

O, "Bybit"in təhlükəsizlik və likvidliyi gücləndirmək, eləcə də sənaye üzrə əməkdaşlığı inkişaf etdirmək öhdəliyini vurğulayıb.  

İndiyədək blokçeyn tədqiqatçısı "ZachXBT", bu hücumun arxasında Şimali Koreyanın "Lazarus" qrupunun dayandığını müəyyən edib. Oğurlanan vəsaitlər dörd fərqli əməliyyatla çıxarılıb və köçürülüb:  

- 401 347 ETH (1,12 mlrd. dollar)  
- 90 376 stETH (253,16 mln. dollar)  
- 15 000 cmETH (44,13 mln. dollar)  
- 8 000 mETH (23 mln. dollar)  

Qeyd edilib ki, hakerlər imzalama interfeysini manipulyasiya edərək cüzdan ünvanını düzgün göstəriblər, lakin arxa planda smart kontrakt məntiqini dəyişdiriblər.
 

Seçilən
8
3
azreform.info

4Mənbələr