AZ

Xırdalanda BMV yandı - Video

Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, dərhal əraziyə Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində BMV markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Seçilən
32
31
axar.az

10Mənbələr