Bakı. Trend:
Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyinitəmin etmək məqsədilə paytaxtın qeyd olunan yollarında (HeydərƏliyev prospekti istisna olmaqla) sürət həddi əlavə 10/km saatendirildi.
Bu barədə Trend-əDaxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməMərkəzindən məlumat verilib.
Beləliklə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininəməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığdairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 50km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkanşosesi və Buzovna-Zağulba yolunda isə 30 km/saat endirilib. Bununlayanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdənmüəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.