AZ

Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 50 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zuğulba yolunda isə 30 km/saat endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Seçilən
14
49
ikisahil.az

10Mənbələr