AZ

Göygöldə qəza olub, xəsarət alanlar var - FOTO

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı bri neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimalara görə, qəzaya səbəb yolunun buzlu olması olub.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə

Göygöldə

 

Seçilən
11
19
avtosfer.az

10Mənbələr