AZ

İntihara cəhd etmiş gənc şairin son vəziyyəti açıqlandı

İntihara cəhd etmiş şair Həsən Kürün hazırki vəziyyəti açıqlanıb.


Referans.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.


Qeyd edək ki, ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.


Xatırladaq ki, gənc şair Həsən Kür dünən Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.


İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Seçilən
20
12
referans.az

10Mənbələr