AZ

Ferqyuson 12 ildən sonra...

Aleks Ferqyuson 12 ildən sonra yenidən işbaşında olacaq. Dünya şöhrətli mütəxəssis yenidən məşqçi kimi meydanın kənarında görünəcək.

“TalkSPORT” nəşrinin məlumatına görə, 84 yaşlı şotlandiyalı Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Matç martın 22-də Florensiyadakı “Artemio Franki” stadionunda keçiriləcək. Rossi 2004-06-cı illərdə Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted”də çıxış edib. İtalyan hücumçu karyerasını 2023-cü ildə SPAL-da çıxış edərkən başa vurub.

Ser Aleks futbol tarixinin ən uğurlu məşqçilərindəndi. O, 1986-2013-cü illərdə çalışdırdığı MY-ni 13 dəfə premyer-liqada, 5 dəfə İngiltərə kubokunda və 2 dəfə Çempionlar Liqasında qələbəyə daşıyıb. Ferqyuson məşqçi karyerasını 2013-cü ildə başa vurub.

Seçilən
15
1
football-plus.az

2Mənbələr