Ukrayna dövlətinin yüksəksəviyyəli məmurları amerikalı tərəfdaşları ilə danışıqlara başlayır.
AZƏRTAC-ın “Ukrayna. 2025-ci il” forumunda iştirak edən xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
ABŞ rəsmiləri ilə görüşdə Yermak və iqtisadiyyat naziri Yuliya Sviridenko da iştirak edəcək.
Yermak bildirib ki, bu danışıqlar amerikalı tərəfdaşları ilə müzakirələrin növbəti mərhələsidir.
Danışıqların əsas mövzusu mineral ehtiyatlar üzrə saziş üzrə danışıqlar olacaq.