AZ

Şolts koalisiya danışıqlarında iştirak etməyəcək

Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts federal seçkilərdə məğlubiyyətdən sonra hökumətin formalaşdırılması üçün koalisiya ilə bağlı danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

Publika.az “Bild” qəzetinə istinadla xəbər verir ki, o, partiya liderlərinin görüşündə bu barədə bildirib: “Mən yenidən Kansler olmaq üçün namizədliyimi irəli sürürəm, amma gələcək hökumətdə SPD-ni təmsil etməyəcəm və koalisiya danışıqlarında iştirak etmək niyyətim yoxdur”.

Olaf Şolts seçkilərin nəticələrinin SPD üçün çox ağır olduğunu vurğulasa da, namizədliyinin yenidən irəli sürməsinin yanlış olmadığını ifadə edib.

Dörd il əvvəl 25,7 faiz səslə birinci olan partiya yerli vaxtla saat 22:27-ə olan rəqəmlərə görə 16,5 faiz səslə üçüncüdür. Partiyanın aparıcı siyasətçiləri bu ağır məğlubiyyətdən sonra SPD-nin yenidən formalaşdırılacağını açıqlayıblar. SPD-nin nüfuzlu siyasətçilərindən olan müdafiə naziri Boris Pistorius hökumətin formalaşdırılması üçün danışıqlara qatılmaq istədiyini açıqlayıb.

Seçilən
29
2
publika.az

4Mənbələr