Bakı.Trend:
Masato Kanda bu gün rəsmi olaraq Asiya İnkişaf Bankının (AİB)11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Bu barədə TrendAsiya İnkişaf Bankına istinadən xəbər verir.
“Regionumuz üçün belə mühüm dövrdə AİB prezidenti kimivəzifələrimin icrasına başlamaqdan böyük şərəf duyuram”, - deyəcənab Kanda bildirib.
“69 üzvümüzün etimadı və əzmkar heyətimizin güclü dəstəyi iləmən, AİB-in dayanıqlı, inklüziv və davamlı inkişafı təşviq etməkmissiyasını gücləndirməkdə qərarlıyam. Biz birlikdə tələb olunaninkişaf çağırışlarına cavab verərək AİB-in regionda etibarlıtərəfdaş olaraq qalmasına çalışacağıq”, -deyə o bildirib.
Kanda Masasuqu Asakavanın varisi olaraq qabaqcıl təcrübə vəinnovasiyalar irsini davam etdirəcək.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv vədavamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışlarıhəll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətliinfrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyəalətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvüonun səhmdarlarıdır.